Bakıda 8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Bakıda maşın yolu keçən piyadanı vurub.
APA-nın məlumatına görə, hadisə fevralın 12-də paytaxtın Xəzər rayonunda baş verib.
Məlumata görə, Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Dəyanət Cəfərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini 1960-cı il təvəllüdlü Baxşəli Qədimovu vurub.
Xəstəxanaya yerləşdirilən B.Qədimov ötən gün orada ölüb.