Cəbrayılda açıq ərazidə yanğın baş verib

IMG_8732

Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.