Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürüb

IMG_8790

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.