Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan MƏHRUM EDİLDİ

Posted on 21 Fevral 202621 Fevral 2026 By admin

Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

xia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.

Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə iki il sürücülük hüququndan məhrum edilməklə, inzibati məsuliyyətə cəlb olunub.

“BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir”, – məlumatda qeyd edilib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan HƏBS OLUNDU
Next Post: Qafar Abdullayevin həbs müddəti uzadıldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme