Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Sərxoş halda “102”yə zəng edib narkotikin qiymətindən danışdı: HƏBS OLUNDU

Posted on 21 Fevral 202621 Fevral 2026 By admin

Sərxoş halda Daxili İşlər Nazirliyinin “102”yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

xia.az “Teleqraf”a istinadla xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V. “102”yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əsassız şikayətlər edib.

O bundan başqa, digər rayonlarda narkotikin qiymətinin 10 manat olduğunu, Füzulidə isə 7 manata satıldığını bildirib.

Ç.V. məhkəmədə özünü təqsirli hesab edərək, əməli sərxoş vəziyyətdə törətdiyini deyib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

Məhkəmənin qərarına əsasən, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilmiş şəxs səkkiz sutka inzibati qaydada həbs olunub.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Sertifikasiyadan kəsilən müəllimlərə qarşı DƏLƏDUZLUQ: cinayət işi açıldı
Next Post: Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlandı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme