Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlandı

IMG_8754

Salyanda xidməti vəzifəsini yerinə yetirərkənavtomobilin vurması nəticəsində xəsarət alan Fövqəladə Hallar Nazirliyinin əməkdaşının vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-a Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.

Bildirilib ki, Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

“1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Yanan maşını söndürən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev maşın vurması nəticəsində həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.