Ağstafada fermada müəmmalı ölüm: Çobanın meyiti tapıldı
Ağstafada fermada kişi meyiti aşkarlanıb.
xia.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1982-ci il təvəllüdlü F.Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.