Goranboyda yeniyetməni elektrik cərəyanı vurub

699b21993d283699b21993d2841771774361699b21993d281699b21993d282.png

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun ərazisində qeydə alınıb.

Belə ki rayon sakini 2013-cü il təvəllüdlü Y.Əliyev başının çox sayılı açıq yarası və bədənin müxtəlif travması diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal yeniyetməyə yardım edilib, hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yeniyetməni yaşadığı evdə elektrik cərəyanı vurub. Hadisə oğlanın elektrik naqilləri ilə oynayarkən, yəni ehtiyatsızlıqdan baş verib. Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.