Qafqazla bağlı görüşlər Cenevrədə keçirilməsin – Rusiya

IMG_8801

Rusiya Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı beynəlxalq müzakirələrin davam etdirilməsinin tərəfdarıdır, lakin bunun üçün bütün tərəfləri qane edən platforma lazımdır.

xia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə bildirib.

O bildirib ki, Rusiya üçün həm formatın özü, həm də onun davamı çox vacibdir: “Ancaq bütün tərəfləri qane edəcək məkan lazımdır. Hələlik belə bir yer yoxdur və biz Cenevrəyə gedirik”.

Qaluzinin sözlərinə görə, Moskva müzakirələrin İsveçrədən neytral ölkəyə köçürülməsində israr edir:

“İsveçrə təəssüf ki, öz neytrallıq prinsipindən uzaqlaşıb və Ukrayna böhranı kontekstində Kiyevi dəstəkləyib. Buna görə də onu danışıqlar üçün münasib məkan hesab etmək çətindir”.

Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə beynəlxalq müzakirələr 2008-ci ildən bəri Cenevrədə Gürcüstan, Rusiya və ABŞ-ın iştirakı ilə və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə keçirilir.