Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qafqazla bağlı görüşlər Cenevrədə keçirilməsin – Rusiya

Posted on 22 Fevral 202622 Fevral 2026 By admin

Rusiya Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı beynəlxalq müzakirələrin davam etdirilməsinin tərəfdarıdır, lakin bunun üçün bütün tərəfləri qane edən platforma lazımdır.

xia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə bildirib.

O bildirib ki, Rusiya üçün həm formatın özü, həm də onun davamı çox vacibdir: “Ancaq bütün tərəfləri qane edəcək məkan lazımdır. Hələlik belə bir yer yoxdur və biz Cenevrəyə gedirik”.

Qaluzinin sözlərinə görə, Moskva müzakirələrin İsveçrədən neytral ölkəyə köçürülməsində israr edir:

“İsveçrə təəssüf ki, öz neytrallıq prinsipindən uzaqlaşıb və Ukrayna böhranı kontekstində Kiyevi dəstəkləyib. Buna görə də onu danışıqlar üçün münasib məkan hesab etmək çətindir”.

Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə beynəlxalq müzakirələr 2008-ci ildən bəri Cenevrədə Gürcüstan, Rusiya və ABŞ-ın iştirakı ilə və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə keçirilir.

Dünya

Yazı naviqasiyası

Previous Post: Gəncədə yüksək qızdırma səbəbi ilə xəstəxanaya çatdırılan azyaşlı ölüb
Next Post: Çin yeni nəsil nüvə silahı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme