Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

KİV: ABŞ İran ətrafında hərbi təyyarələrin sayını artırıb

Posted on 23 Fevral 202623 Fevral 2026 By admin

ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda döyüş təyyarələrinin sayını əhəmiyyətli dərəcədə artırıb.

xia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Financial Times” yazıb.

Peyk görüntülərinə və ekspert qiymətləndirmələrinə əsasən, İordaniyadakı bazada azı 66 hərbi təyyarə yerləşdirilib. Onların arasında “F-35”, “F-15” qırıcıları, “A-10” hücum təyyarələri, eləcə də “EA-18” radioelektron mübarizə və nəqliyyat təyyarələri var.

Səudiyyə Ərəbistanındakı bazalarda da “E-3” AWACS tipli erkən hava xəbərdarlığı təyyarələri və ağır nəqliyyat təyyarələrinin sayı artıb.

Qeyd olunub ki, Vaşinqton Yaxın Şərqdə mümkün hərbi əməliyyat ssenariləri üçün geniş hava qüvvələri formalaşdırır.

Dünya

Yazı naviqasiyası

Previous Post: Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? 
Next Post: Generalın beş milyonluq cinayətdə ittiham olunan oğlu ilə bağlı YENİ QƏRAR
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme