KİV: ABŞ İran ətrafında hərbi təyyarələrin sayını artırıb
ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda döyüş təyyarələrinin sayını əhəmiyyətli dərəcədə artırıb.
xia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Financial Times” yazıb.
Peyk görüntülərinə və ekspert qiymətləndirmələrinə əsasən, İordaniyadakı bazada azı 66 hərbi təyyarə yerləşdirilib. Onların arasında “F-35”, “F-15” qırıcıları, “A-10” hücum təyyarələri, eləcə də “EA-18” radioelektron mübarizə və nəqliyyat təyyarələri var.
Səudiyyə Ərəbistanındakı bazalarda da “E-3” AWACS tipli erkən hava xəbərdarlığı təyyarələri və ağır nəqliyyat təyyarələrinin sayı artıb.
Qeyd olunub ki, Vaşinqton Yaxın Şərqdə mümkün hərbi əməliyyat ssenariləri üçün geniş hava qüvvələri formalaşdırır.