Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Posted on 24 Fevral 202624 Fevral 2026 By admin

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

xia.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 2026-cı il martın 9-da Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər 

https://e-gov.az/az/services/read/2516/2linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradanöyrənə bilərlər.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ
Next Post: Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme