Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form
  • Səfir: Ukrayna Azərbaycanın səmimi dəstəyini və həmrəyliyini yüksək qiymətləndirir Siyasət
  • FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi  Cəmiyyət
  • Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğuldu Hadisə
  • Ali Baş Komandanın Ucaltdığı Bayrağı Tərs Asmaq Peşəkarlıq Deyil! Hadisə
  • Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu Siyasət
  • Naxçıvan sakinlərinə ŞAD XƏBƏR – Sərəncam imzalandı Siyasət
  • Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq Cəmiyyət
  • Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb Kriminal

Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ – SİYAHI

Posted on 24 Fevral 202624 Fevral 2026 By Redaktor

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevinəmlakları müsadirə olunub.

xia.az “Teleqraf”a istinadla xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:

1) 16 500 000 – 18 100 000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34 349.7 kvadratmetr ölçüdə torpaq sahəsi;

2) Hazırda “Aristokrat” Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak;

3) “Era” tam orta məktəb və bağçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Qiyməti 9-10 milyon manat civarında dəyərləndirilir);

4) Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8;

5) Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi;

6) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi;

7) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi;

8) Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3141-ci məhəllə ev 10 mənzil 52;

9) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4,6 mənzil 23;

10) Bakı şəhəri Sabunçu rayonu “Vişnyovka-1” bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi;

11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20 000 kvadratmetr torpaq sahəsi və 1000 kvadratmetr tikilidən ibarət daşınmaz əmlak.

Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elşad Abdullayev Fransa vətəndaşlığını alıb.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Azercell rabitə modelini gücləndirir
Next Post: Azərbaycanda İLK: Ödənişli yolda sürət həddi 130 km/saat olacaq

Related Posts

  • Sevgililər Günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb Kriminal
  • Xəstənin komaya düşməsində təqsirləndirilən həkimlər hakim qarşısında Kriminal
  • Sevdiyi qadınla birlikdə onun ərini öldürən şəxsdən-Açıqlama Kriminal
  • Qayınatasının şirkətindən verilmiş etibarnamə ilə vətəndaşların onminlərlə manatını ələ keçirdi Kriminal
  • QHT-lərin cinayət işi məhkəməyə göndərilib Kriminal
  • Prokuror Azər Qasımlıya ağır cəza istəyib Kriminal
Redaktor: Alim İbrahimov
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə edərkən aktiv linklə istinad olunması mütləqdir.

  • Köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib Cəmiyyət
  • Pensiyalarla bağlı ŞAD XƏBƏR: 629 manat olacaq Cəmiyyət
  • İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi – ÖZƏL Cəmiyyət
  • Xaricdə təlimdə olan ANAMA əməkdaşı öldü Cəmiyyət
  • Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı Cəmiyyət
  • 51 yaşlı kişi küçədə bıçaqlanıb. Hadisə
  • Şəmsi Səmədzadənin saxlanılmasının detalları. Kriminal
  • Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb Siyasət

Powered by PressBook News WordPress theme