Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Fuad Oktay: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı sabitlik amili kimi çıxış edir

Posted on 24 Fevral 202624 Fevral 2026 By admin

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib.

Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olan gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələrdən bəhs edilib.

Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar o cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Şəmkirdə ağır QƏZA: Ölən və yaralananlar var
Next Post: Şəmkirdə 30 yaşlı qadın evin həyətində ölü tapıldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme