Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Balakəndə fərdi yaşayış evində yanğın olub

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

Balakəndə fərdi yaşayış evində yanğın olub, 75 yaşlı ev sahibi yanıq xəsarəti alıb.

xia.az  APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Qabaqçöl qəsəbəsi ərazisində olan Meşəşanbul kəndində kənd sakini 75 yaşlı Ramazan Burqayevə məxsus, kürsülü birmərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və bir ədəd xalça qismən yanıb. Yanğın zamanı ev sahibi R. Burqayev əl və üz nahiyəsindən müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Yanıq xəsarəti alan R. Burqayev əraziyə çağrılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə təhvil verilib.

Yanğının söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Öncəki yazı
Next Post: Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş bağlayıblar.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme