Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb.

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

xia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb. 

Əlavə məlumat veriləcəkdir.

12:00

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin şəkilləri sosial şəbəkələrdə icazəsiz paylaşılıb.

xia.az xəbər verir ki, iki gündür bu məsələ sosial şəbəkələrin gündəmini zəbt edib.

Bildirilir ki, naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş fotoları montaj edərək saxta profillərdə yayımlayıb. Zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət ediblər. Lakin həmin şəxs hələlik tapılmayıb. 

İddialara görə, naməlum şəxs görüntülərin silinməsi müqabilində tələbələrdən pul tələb edir. 

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş bağlayıblar.
Next Post: Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib. 
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme