Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Türkiyədə müalicə olunan Xalq artisti Rasim Balayevin vəziyyəti stabildir.

Məlumatı Oxu.Az-a aktyorun oğlu Ülvi Balayevverib.

O bildirib ki, həkimlər atasının vəziyyətinin stabilləşdiyini bildiriblər:

“Həkimlərin dediyinə görə, vəziyyəti normallaşır, müalicələr müsbət nəticə verir. Hər gün müsbətə doğru dəyişir. Mütəmadi əlaqə saxlayırıq. Həkimlər bildiriblər ki, bir müddət həyəcanlanmaq olmaz. Ona görə də çox narahat etmirik. Qardaşım yanındadır, onunla tez-tez danışırıq. Yəqin ki, yaxın vaxtlarda vəziyyəti tam normallaşacaq və həkimlərin məsləhət bildiyi vaxtda Bakıya qayıdacaq”.

Xatırladaq ki, R.Balayevin səhhəti bir neçə gün öncə pisləşib və o, Türkiyədə klinikalardan birinə yerləşdirilib.

Aktyor uzun müddətdir şəkərli diabet və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir.

Bakıda müalicələrdən sonra Xalq artistində immunitet zəifliyi yaranıb və səhhəti pisləşib.

Hadisə, Ordu

Yazı naviqasiyası

Previous Post: Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı
Next Post: Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme