Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Artıq ödənilmiş pensiyaların tutulma müddətinin 1 ilə endirilməsi təklif olunur.

Posted on 27 Fevral 202627 Fevral 2026 By admin

xia.az  xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”də yer alıb.

Vurğulanır ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurum fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün “Əmək pensiyaları haqqında” qanunun 39-1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması təklif edilib.

Hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur.

Bundan başqa, əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılması təkliflər sırasında yer alıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Deputatın ev dustaqlığı müddəti uzadıldı
Next Post: Sumqayıtda PARTLAYIŞ
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme