Dünya bazarında Azərbaycan nefti bahalaşıb

IMG_9110

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

xia.az xəbər verir ki, neftin bir barelinin qiyməti 1.32 ABŞ dolları və ya 1.85% artaraq 72.78 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.