Keçmiş baş nazir Volodimir Zelenski ilə maaşsız işləməyə hazırdır.

IMG_9155

Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri olacaq. O, Ukrayna hökumətinə iqtisadi dirçəliş üzrə məsləhət verəcək.

xia.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti məlumat yayıb.

Bildirilib ki, keçmiş baş nazir Ukrayna prezidenti yanında İqtisadi Yenilənmə üzrə Beynəlxalq Məsləhət Şurasında müşavir vəzifəsini qəbul edib. Bu vəzifəyə görə, ona ödəniş edilməyəcək