Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova həvalə olundu

uOzbffZAT5KvPFQe8OYTj7eES6JUnrFX1VPaPt3c-1200

Bu ilin yanvarında Naxçıvan Muxtar Respunlikası Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılan Ülvi Hüseynlinin səlahiyyətləri onun müavini Fazil Məmmədova tapşırılıb.

xia.az “Teleqraf”a istinadla xəbər verir ki, məlumatı Fazil Məmmədov təsdiq edib.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Fazil Məmmədov Naxçıvan Ali Məclisinin Aparat rəhbərinin müavini vəzifəsinə 2025-ci ilin aprelində təyin olunub. Ülvi Hüseynli isə Aparat rəhbəri vəzifəsinə 2020-ci ildə gətirilmişdi.