Bakıda evdən oğurluq edən şəxs saxlanılıb
Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6 000 manat dəyərində məişət əşyalarını talayıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.