Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

İranda universitetlərin bağlandığı elan edilib

Posted on 28 Fevral 202628 Fevral 2026 By admin

İranın Elm Nazirliyi ABŞ və İsrailin hücumları səbəbindən bütün universitetlərin bağlandığını elan edib.

xia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yataqxanada yaşayan tələbələr də öz şəhərlərinə qayıdırlar.

Universitetlərdə tədrisin nə zaman bərpa olunacağı isə açıqlanmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır.

Dünya

Yazı naviqasiyası

Previous Post: İran pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib
Next Post: Rusiya aviaşirkətləri 29 reysi ləğv etdi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme