Putin Xameneiyə görə başsağlığı verdi
Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı Prezident Məsud Pezeşkiana başsağlığı verib.
xia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti Ayətullah Xameneinin ölümünü bütün insan əxlaqı normalarını və beynəlxalq hüququ pozan bir qətl kimi xarakterizə edib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.