Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qlobal gərginlik fonunda Makrondan gözlənilməz addım: Nüvə silahları artırılır

Posted on 02 Mart 202602 Mart 2026 By admin

Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılacağını bəyan edib.

xia.az TASS-a istinadən xəbər verir ki, Fransa lideri bu barədə nüvə silahından çəkindirmə siyasəti ilə bağlı müraciətində bildirib.

Makron vurğulayıb ki, təhlükəli və sürətlə dəyişən geosiyasi mühitdə Fransa özünün “zəmanətli dağıdıcı gücünü” mütləq qoruyub saxlamalıdır.

“Mən arsenalımızdakı nüvə döyüş başlıqlarının sayının artırılması barədə göstəriş vermişəm. Hər hansı spekulyasiyanın qarşısını almaq üçün isə bundan sonra nüvə arsenalımızın dəqiq həcmi ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanmayacaq. Qeyd edim ki, əvvəllər bu cür məlumatlar mütəmadi olaraq paylaşılırdı”, – deyə E.Makron qeyd edib.

Qeyd edək ki, Fransa dünyada rəsmi olaraq nüvə silahına malik olan azsaylı ölkələrdən biri və Avropa İttifaqında bu statusu daşıyan yeganə dövlətdir.

Dünya

Yazı naviqasiyası

Previous Post: Üç uşaq anası sosial şəbəkədə kişi ilə tanış oldu, ərini AMANSIZLIQLA ÖLDÜRDÜ
Next Post: Xameneinin arvadı da öldü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme