Yasamalda avtomobil yanıb, Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb
Paytaxtın Yasamal rayonunda, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması üçün işlər görülür.



