Ağdaşda su arxına yıxılan kişi öldü

IMG_9499

Ağdaşda su arxına yıxılan şəxs ölüb.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, rayonun Aşağı Ləki kənd sakini 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılıb.

Hadisə nəticəsində o boğularaq vəfat edib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ömər Saadovun epilepsiya xəstəsi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.