Azərbaycan millisinin üzvü beynəlxalq turnirdə beşinci yeri tutdu – FOTO

IMG_9500

“Bu mənim dünya səviyyəsində ikinci yarışım idi”.

xia.az xəbər verir ki, bunu Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunda sprint yarışları üzrə çıxış edən Azərbaycan milli komandasının üzvü Nurid Şəkərəliyev deyib.

Azərbaycan millisinin üzvü beynəlxalq turnirdə beşinci yeri tutdu - FOTO

O bildirib ki, yarış çox çətin keçib:

“Beşinci yeri tutsam da, yaxşı nəticə göstərdiyimə inanıram. Yarış çox mükəmməl təşkil olunub. Gələcəkdə medal qazanacağıma və Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracağıma əminəm”.

Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü- Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər.