Ərdoğan İrandan atılan raketin Türkiyəyə düşməsinə münasibət bildirdi

IMG_9587

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan ballistik raketin zərərsizləşdirilikdən sonra qalıqlarının Hatay vilayətinə düşməsinə münasibət bildirib.

xia.az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.

“Bugünkü hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr çərçivəsində hər növ tədbiri görür, zəruri müdaxilələri edirik. Bənzər hadisənin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə çatdırırıq. Ölkəmizin və millətimizin təhlükəsizliyini təmin etmək üçün iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir”, – deyə Ərdoğan vurğulayıb.