Gəncədə ağır qəza ölümlə nəticələndi

IMG_9488

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, 1961-ci il təvəllüdlü Nəriman Nəcəf oğlu Hacıyev idarə etdiyi VAZ-21150 markalı avtomobillə şəhərin Natavan-2 qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirib, maşın sağ arxa təkəri hissəsindən dəmir yolu xəttinə çırpılıb və ağır qəza qaçılmaz olub.

Hadisə nəticəsində sürücü N.Hacıyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.