İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı bazanı vurdu

IMG_9485

İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı logistika bazasına hücum edib.

xia.az xəbər verir ki, bu barədə “Al Jazeera” kanalı məlumat yayıb.

Dağıntı və tələfat barədə informasiya verilməyib.

Qeyd olunub ki, hücum ən azı bir pilotsuz təyyarədən istifadə edilərək həyata keçirilib.

Kanalın xəbərinə görə, sözügedən baza ABŞ qüvvələri tərəfindən istifadə olunurdu.