GUAM İranın hərbi pilotsuz uçuş aparatları tərəfindən Azərbaycana edilən dron hücumlarını qətiyyətlə pisləyir”.

IMG_9633

xia.az xəbər verir ki, bu barədə GUAM-ın Katibliyi məlumat yayıb.

“Biz Azərbaycan Respublikasının xalqına və hakimiyyətinə həmrəylik və dəstəyimizi ifadə edirik.

Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyimizi və bağlılığımızı bir daha təsdiqləyir, həmçinin GUAM-a üzv dövlətlərinin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn hər hansı təhdid və çağırışlara qarşı birgə dayanacağımızı vurğulayırıq”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

“Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM İranın hərbi pilotsuz uçuş aparatları tərəfindən Azərbaycan Respublikasının ərazisində fərq qoymadan mülki infrastruktura və obyektlərə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyir”.