İran şeytan rejimi
Kubra Məhərrəmova yazır…
Üzdə gülən, arxada isə Azərbaycanın kürəyinə vurmaq üçün əlində bıçaq saxlayan, ortada dost-qardaş deyib, ölkəmizə ziyan və zərər verməyə çalışan “qardaş” İran, axır ki, əsl simanı göstərdin.
Axır içindəki zəhəri açıq şəkildə qusdun. Əvvəllər bunu ermənilərin əli ilə edirdin, əlində tuturduq, deyirdin ki, “raket nə gəzir? Xurma göndərirdim İrəvana”.
İllərdir yazırıq, deyirik ki, bu şeytan rejimi Azərbaycana qənim kəsilib. Gah deyir Bakı sionistdir, gah da deyir Azərbaycan ölkə deyil, torpaqlarını heç vaxt azad edə bilməyəcək.
Bu gün isə gördük kimin qeyrəti-namusu var, kimin qeyrəti heç əzəldən olmayıb.
İranın rejimi kimi şərəfsiz, nankor, riyakar ikinci rejim yoxdur. Erməni heç olmasa üzümüzə deyirdi ki, “sən türksən, ona görə səni öldürəcəyəm!”
Bu şərəfsiz isə deyir ki, “dost-qardaş Azərbaycan ölkəsi İran üçün əzizdir” və Naxçıvana dinc əhalinin başına bomba yağdırır!
Deyirəm, adamın düşmədi də gərək kişi ola. Daha başı əmmaməli, siğədən yaranan yox!
Azərbaycan hər zaman dostuna da, düşməninə də kişi kimi davranıb. Qarabağ müharibəsi zamanı Ermənistan tərəfə, dinc əhaliyə qarşı bir güllə belə atmadı. Əsl türk kimi meydanda düşmənin başını əzdi!
İndi də 3 000 illik dövlətçilik tarixi ilə öyünən yazıq, satqın, şərəfsiz İran rejiminə baxaq. Öz yaratdığı cəhənnəmin içində boğulduğu halda, Azərbaycana dron hücumu həyata keçirir.
Budur onun əsl siması, budur onun əsl məqsədi! Azərbaycanı zəif salmaq, xaos yaratmaq, daxildə iğtişaşlar yaratmaq, onların ən böyük arzusudur.
Zaman-zaman rəsmi Bakıya qarşı səsləndirdiyi o nanəcib ifadələri unutmamışıq. Bakıya “Moskva dövləti” deməyini də!
İndi gəlin soyuq başla müqayisə edək, onların dövlət başçısına baxaq, bir də bizim başçımıza baxaq.
Azərbaycan Prezidenti İranın Ali Dini Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verir, səfirliyi ziyarət edir, Azərbaycan İrana humanitar yardım göndərməyi planlaşdırır. Səhəri gün isə İran Naxçıvanın başına bombalar tökür.
Azərbaycan Prezidenti deyir ki, Azərbaycanın ərazisində İrana qarşı yönələ biləcək quş da uça bilməz, mən buna yol vermərəm!
İran isə xəbərdarlıq etmədən dronlarını göndərir Azərbaycanda dinc əhalinin məhvinə.
Bəs, şiə qardaşı idiniz siz?!
Sizdən Azərbaycana heç vaxt qardaş olmaz! Çünki bizim kökümüz də, atamız da, babamız da bəllidir. Daha siğə rejimindən əmələ gəlməmişik.
Biz həmişə qonşuya köməyə qaçmışıq. Bir tikəmizi hamı ilə bölmüşük. Qonşumuzu dar gündə tək qoymamışıq. Yarasını sarıyıb, evimizdə qonaq etmişik.
Amma gec-tez İran şeytan rejiminin maskası cırmalı idi.
İllərdir Azərbaycanda öz “Şiə müqaviməti” ideoloji xəttini yeridən, xalqın arasında sünni-şiə ayrılığını salam məhz İran rejimidir. “İmam Mehdi” göydən yerə düşüb, şiələri idarə edəcək deyə insanların beynini yuyan da, sənin ağan Xameneidir deyib, insanları Azərbaycan dövlətinə qarşı yönləndirən də İran rejimidir.
Məsələnin ən gülməli yeri isə “imam Mehdi” əfsanəsi idi. Bu nağılla Azərbaycanda özləri üçün xeyli tərəfdar da yığmağa nail olmuşdular.
Amma nağıl yox oldu!
Bəs, Xamenei Mehdi gələnə kimi rəhbər olacaqdı? Nə oldu? Deyəsən Mehdinin yerinə, Trampın raketi gəldi.
Bax, bu nağıllarla insanları aldadıb, Azərbaycanın daxilində onları dövlətə, dövlətçiliyə qarşı hazırlayırdı İran rejimi.
Bu gün isə açıq şəkildə düşmən olduğunu bildirdi. Dinc insanların başına tökdü bombaları. Bu bir terror aktıdır! Bu, Azərbaycan xalqına qarşı terrordur, Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş hücumdur!
Amma İran rejimi unutmasın ki, biz küllərimizdən dirilən xalqıq! Bizi məhv etmək İran rejiminin varlığı üçün deyil. “Türk olmaq çətindir, çünki dünya ilə savaşırsan. Amma türk olmamaq daha çətindir, çünki türklərə qarşı savaşırsan”! Biz nə qandan, nə də döyüşdən qorxmuruq.
Ölkəmizin azadlığı, dövlətimizin suverenliyinə qarşı yönəlmiş hər bir addımın qarşısı qəti şəkildə alınacaq! Buna da biz söz veririk! Çünki sözümüz imzamız qədər dəyərlidir!