İranın xəyanət DOSYESİ: Molla rejiminin tarixi murdar əməlləri

IMG_9628

Naxçıvan şəhərinə İran ərazisindən PUA hücumu olub. Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, molla rejimi yenə də öz naqis xislətinə sadiq qalaraq, bu gün xaincəsinə Naxçıvana dron zərbəsi təşkil edib. Görüntülər və informasiya yayıldıqca, “təsadüf” versiyası tamamilə rədd edilir, hücumun qəsdən edildiyinə şübhə yeri qalmır. Bu isə yalnız sadə bir təxribat deyil, suveren bir dövlətə qarşı həyata keçirilən açıq hərbi əməliyyatdır.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İran ərazisinə qarşı genişmiqyaslı hava zərbələri həyata keçirib. Tehran buna cavab olaraq İsrail və ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə raket və dronlarla zərbələr endirib. Bütün bu hücumlar İranın son günlərdə regionda artan hərbi fəaliyyətinin bir parçasıdır.

İranın xəyanət DOSYESİ: Molla rejiminin tarixi murdar əməlləri

Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, öz ərazisindən başqa dövlətə qarşı heç bir hərbi əməliyyat həyata keçirilməyəcək. Rəsmi Bakı daim neytral mövqeyini qoruyub saxlayıb. Bu mövqe beynəlxalq hüquq və dövlət maraqları baxımından əsaslıdır. Lakin Tehran rejimi bu neytral və məsuliyyətli yanaşmanı heçə sayaraq, Azərbaycanın suveren hava məkanını pozur, dron zərbəsi endirir. Bu, siyasi və hərbi baxımdan təhlükəsizliyə qarşı qəsdən hazırlanan açıq terror aktıdır. Azərbaycana yönələn dronlar onu göstərir ki, regional münaqişə indi artıq qonşu ölkələrin suverenliyini də hədəf ala bilər. İranın bu hücumu Azərbaycan üçün təkcə bir terror aktı deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik, regional sülh və sabitliyin qorunmasına maneədir.

İranın xəyanət DOSYESİ: Molla rejiminin tarixi murdar əməlləri

Ümumiyyətlə, İran İslam Respublikasının xəyanətin və nankroluğun simvolu olması heç də təəccüblü deyil. Bu xainliyin tarixi elə islam inqilabının özü ilə başlayır. Belə ki, 1979-cu ilin yanvar-fevral aylarında milyonlarla insanın iştirakı ilə Ruhullah Musəvi Xomeyni liderliyində şah rejimi devrildi və İslam Respublikası quruldu. Bu dövrdə milyonlarla insanın iştirakı ilə ölkə boyu kütləvi nümayişlər oldu. Üsyandan artıq bir neçə həftə sonra isə Xomeyni rejiminin təyin etdiyi hökumətə qarşı kütləvi nümayişlər keçirilməyə başlandı. Hələ o zaman solçuların 1 May nümayişi zamanı küçəyə yüz minlərlə insan toplaşmışdı. Bu da əbəs deyildi, çünki şahı devirən təkcə Xomeyni tərəfdarları deyildi, həm də böyük elektorata malik sosialistlər idi. Lakin yeni rejim xalqın, xüsusən də etnik xalqların, tələbələrin və qadınların gözləntilərini nəinki doğrultmamış, şah rejiminə qarşı mübarizə aparan kəsimi də edam etdirməkdən çəkinməmişdi.

İranın xəyanət DOSYESİ: Molla rejiminin tarixi murdar əməlləri

Azərbaycan uzun illərdir xarici siyasətində qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalmağa çalışdığını bəyan edib, İrana qarşı hücumlar təşkil ediləndə Azərbaycan ərazisinin heç bir ölkəyə, o cümlədən İrana qarşı təhlükə mənbəyi olmadığı bildirilib. Hətta İran tərəfi də Azərbaycanın bu məsələdə səmimi, dürüst olduğunu qəbul edib. Məsələn, İranın ali liderinin ölümü ilə bağlı Azərbaycan Prezidenti tərəfindən dərhal başsağlığı verilməsi və diplomatik səviyyədə ehtiram göstərilməsi Bakı tərəfindən münasibətlərdə etik və siyasi jestin təzahürü idi. Yəni, molla rejimindən fərqli olaraq Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub. Bu kontekstdə Naxçıvan ərazisində mülki obyektin, xüsusilə mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktıdır. Tarixi təcrübə isə göstərir ki, Azərbaycan öz təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərə cavab vermək və suverenliyini qorumaq məsələsində prinsipial mövqe nümayiş etdirib.

Tarixi təcrübəni niyə xatırladırıq? İranın Birinci və İkinci Qarabağ müharibələrində də Azərbaycana xəyanət etdiyini, özünü İslam Respublikası elan etməsinə baxmayaraq, müsəlman qardaşlarını yox, məscidlərdə donuz saxlayan işğalçı Ermənistanı özünün “qırmızı xətti” elan etməsini unutmadığımızı yada salmaq üçün. Birinci Qarabağ müharibəsi dövründə İran faktiki olaraq Ermənistanla bütün əlaqələrini qoruyub saxlayıb, işğal edilən ərazilərimizdən narkoticarət üçün istifadə edib, xüsusilə Ermənistanın nəfəs alması üçün maksimum imkanlar yaradıb. Həmin dövrdə Azərbaycanın işğal altındakı ərazilərində yüzlərlə məscidin dağıdılması, bəzilərinin isə təhqiredici şəkildə istifadəsi ilə bağlı faktlar geniş müzakirə mövzusu olsa da, İran heç nə olmamış kimi Ermənistanla münasibətlərini ən ali səviyyədə davam etdirib. Təəssüf ki, bu yanaşma sonrakı illərdə də dəyişməyib. Tehran İrəvanla bütün sahələrdə əməkdaşlığı artan xətt üzrə davam etdirib. Vətən müharibəsi dövründə də İranın mövqeyi yenidən müzakirə mövzusuna çevrildi. İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, gah paralel olaraq regionda sərhədlərin dəyişməsinə qarşı olduqlarını və Ermənistanla əlaqələrin onlar üçün “qırmızı xətt” olduğunu vurğulayan açıqlamalar verdilər, gah Zəngəzur dəhlizini bəhanə edərək Azərbaycan əleyhinə hədyanlar yağdırdılar, gah da ayətullahlar tərəfindən ölkəmizə qarşı təhdid və xoşagəlməz ifadələr səsləndirdilər.

Xatırlamağa və xatırlatmağa daha bir zəruri hadisə isə 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumudur. Hücumu həyata keçirən terrorçu Yasin Hüseynzadə mühafizə postunu yararaq avtomat silahla səfirlik əməkdaşlarına atəş açmış, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olmuşdu. Həmçinin, hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdı.

Təsəvvür edin, Azərbaycan Prezidenti İlham Əliyevhücumu “terror aktı” kimi qiymətləndirərək onu qınayır, İranın ovaxtkı prezidenti İbrahim Rəisi müvafiq orqanlara hücumun araşdırılmasını tapşırır, bir çox ölkə və beynəlxalq təşkilat hücumu pisləyir, lakin terrorçunun edamı heç bir əsas olmadan iki il gecikdirilir. Lakin haqq-ədalət yerini tapdı, 2025-ci ildə terrorçu edam edildi. İran məhkəməsi ədaləti bu dəfə boğa bilmədi və Azərbaycan öz məqsədinə çatdı.

İranın xəyanət DOSYESİ: Molla rejiminin tarixi murdar əməlləri

Lakin İranın ənənəvi xəyanəti və xəbisliyi nə Ermənistanı xilas edə bildi, nə də Azərbaycanın haqlı mübarizəsini əngəllədi. Müzəffər ordumuz Ali Baş Komandanın liderliyi ilə işğalçılar üzərində qələbə qazanaraq İranla 765 km dövlət sərhədinin nəzarətsiz qalan 132 km hissəsini də azad etdi və molla rejiminin arzusu yenə də ürəyində qaldı.

Qeyd edilən bu tarixi təcrübələr İran üçün bir daha dərs olmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə edilən heç bir təhdid və hörmətsizlik cavabsız qalmır, gec ya tez layiqli cavab verilir. Yəni, diplomatiya tribunasında “qonşuluq” və “islam həmrəyliyi” kimi ali dəyərlərdən danışan, amma qonşularının daxilinə real və məcazi olaraq bomba yerləşdirməkdən danışan, faktiki olaraq hücum edən İran unutmasın ki, Arazın bu tayı olduğu kimi, o tayı da var və orada bizim partlamağa hazır olan milyonlarla “bombamız” var.