İraqdakı iranyönümlü hərbi dəstələrə zərbələr endirildi

IMG_9600

İraqın Suriya ilə sərhəddə yerləşən Əl-Qaim şəhəri yaxınlığında iranyönümlü hərbi qüvvələrin mövqelərinə bir neçə dəfə hava hücumu həyata keçirilib.

xia.az xəbər verir ki, bu barədə “Əl Hədəs” kanalı İraqın təhlükəsizlik xidmətinə istinadən xəbər yayıb.

İran tərəfdarı olan qüvvələr arasında itki barədə hələlik heç bir məlumat verilməyib.