Moldova Naxçıvana İran tərəfindən edilən hücumları sərt şəkildə pisləyib.

IMG_9635

xia.az xəbər verir ki, bu barədə sözügedən ölkənin xarici işlər naziri Mihai Popşoy açıqlama verib.

“Moldova tərəfi Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alan və dinc sakinlərin xəsarət alması ilə nəticələnən hücumları qətiyyətlə pisləyir” – deyə, nazir qeyd edib.

Popşoy həmçinin vurğulayıb ki, Moldova Azərbaycanla həmrəy olduğunu bəyan edir, ölkənin suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyir.