Niderland səfirliyi: “Naxçıvana hücum Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır”

IMG_9642

“Niderlandın Azərbaycandakı səfirliyi bu gün Naxçıvana pilotsuz uçuş aparatları ilə endirilən zərbələri qətiyyətlə pisləyir”.

xia.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Bu cür hərəkətlər Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün yolverilməz şəkildə pozulmasıdır və regional sabitliyi daha da sarsıdır. Bu çətin məqamda biz Azərbaycan və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik” , – deyə səfirlik bəyan edib.