Pakistan qardaş ölkələrə son hücumlarla bağlı ciddi narahatlığını bildirib

IMG_9663

Pakistan qardaş ölkələr – Türkiyə və Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığını bildirib.

xia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında bəyanat yayıb.

Pakistan XİN-in bəyanatında qeyd edlir ki, Türkiyə və Azərbaycanın hədəfə alınması beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Pakistan Türkiyə və Azərbaycanla güclü həmrəyliyini bir daha təsdiqləyərək, eyni zamanda regional sülh və sabitliyin qorunması üçün tərəfləri təmkinli olmağa, dialoq və diplomatiyaya üstünlük verməyə çağırıb.