Şəki şəhər ərazisinin bir hissəsində 12 500 abonentin qaz təchizatı dayandırılıb

IMG_9632

Saat 17:10-dan etibarən Şəki şəhər ərazisinin bir hissəsində 12 500 abonentin qaz təchizatı dayandırılıb.

xia.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb M.Ə.Rəsulzadə prospektində “Avtoyolservis” MMC-nin işçiləri tərəfindən təmir-tikinti işləri aparılarkən qaz xəttinin zədələnməsi ilə əlaqədardır.

Bildirilib ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.