Türkiyədən İranın Naxçıvana PUA hücumuna RƏSMİ REAKSİYA: “Azərbaycanın yanındayıq!”
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana PUA hücumlarını qətiyyətlə pisləyib.
xia.az xəbər verir ki, bu barədə qardaş ölkənin XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirliyin bəyanatında Naxçıvana bu gün edilən hücumların qəbuledilməz olduğu vurğulanıb.
Bildirilib ki, regiondakı üçüncü ölkələri hədəf alan və müharibənin yayılma riskini artıran hücumlar dərhal dayandırılmalıdır.
Bəyanatda həmçinin Türkiyənin Azərbaycana dəstəyinin davam edəcəyi qeyd olunub:
“Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında olmağa davam edəcək”.