Ərəb Dövlətləri Liqası İranın hücumuna məruz qalan ölkələrin özünümüdafiə hüququnu təsdiqlədi
Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələrin xarici işlər nazirləri fövqəladə iclasın yekununda İranın hücumlarına məruz qalan ərəb ölkələrinin qanuni özünümüdafiə hüququnu təsdiqləyiblər.
xia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə qəbul edilən bəyanatda bildirilib.
“ƏDL hücuma məruz qalmış ərəb dövlətlərinin təhlükəsizliyini və sabitliyini qorumaq, həmçinin ərazilərini istənilən təcavüzdən müdafiə etmək üçün gördüyü bütün addım və tədbirləri dəstəklədiyini təsdiqləyir”, – deyə sənəddə vurğulanır.
Bundan əlavə, nazirlər ərəb ölkələrinin beynəlxalq qurumlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyasına müraciət etmək hüququna “tam dəstək” ifadə ediblər.
Bəyanatda qeyd olunur ki, İranın hərəkətləri mülki əhalinin həyatını təhlükə altına qoyub və insan tələfatına, həmçinin maddi ziyana səbəb olub ki, bu da beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hesab olunur.