İran ordusu İsrail və Küveytə yeni zərbələr endirib
İran ordusu son saatlarda İsrailin Təl-Əviv, Hayfa şəhərlərinə və ABŞ-nin Küveytdəki hərbi bazalarına yeni zərbələr endirdiyini bəyan edib.
xia.az xəbər verir ki, bu barədə İranın dövlət teleradioşirkəti ordunun mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir.”Son saatlar ərzində ordunun hərbi hava və hərbi dəniz qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə əməliyyatlar keçirib, Hayfa və Təl-Əvivdəki obyektləri, eləcə də ABŞ-nin Küveytdəki “Arifcan” düşərgəsində yerləşən mərkəz və bazalarını vurub”, – deyə bəyanatda bildirilir.