İranın BƏƏ-yə hücumları nəticəsində dörd ölü, 112 yaralı var
Bu günə olan məlumata görə, İranın BƏƏ ərazisinə endirdiyi hücumlar nəticəsində aralarında Pakistan, Nepal və Banqladeş vətəndaşları olan dörd nəfər həlak olub, 112 nəfər orta və yüngül dərəcəli xəsarətlər alıb.
xia.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, ölkənin HHM sistemləri bu gün 17 ballistik raket aşkarlayıb, onlardan 16-sı məhv edilib, bir raket isə dənizə düşüb, həmçinin 117 PUA-dan 113-ü zərərsizləşdirilib, dördü isə ölkə ərazisinə düşüb.
BƏƏ Müdafiə Nazirliyi istənilən təhdidlərə qarşı durmağa tam hazır olduğunu və ölkənin təhlükəsizliyinə və suverenliyinə xələl gətirməyə yönəlmiş hər cür cəhdə qətiyyətlə cavab verəcəyini təsdiqləyib.
