Masazırda qadını elektrik cərəyanı vuraraq öldürdü

IMG_9791

Abşeron rayonunun Masazır kəndində qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.

xia.az “Report”a istinadən xəbər verir ki, hadisə kənd ərazisində yerləşən təndirxanaların birində qeydə alınıb.

İlkin məlumata görə, qadının adı Bahar Muradovadır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.