Şəmkirdə avtomobil aşdı, xəsarət alanlar var.
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
xia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Nissan” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində beş nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.