Almaniya Xarici İşlər Naziri Ceyhun Bayramova zəng edib
Almaniyanın xarici işlər naziri Yohann David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
xia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.
Vadeful İranın Azərbaycan qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.
Almaniyalı nazir ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.