Emmanuel Makron Hörmüz boğazının açılması üçün plan üzərində işləyir
Fransa Prezidenti Emmanuel Makron öz tərəfdaşları ilə birlikdə Yaxın Şərqdəki münaqişənin ən qaynar mərhələsindən çıxdıqdan sonra neft və qaz dövriyyəsini təmin etmək üçün Hörmüz boğazını açmaq və gəmiləri müşayiət etmək üçün müdafiə xarakterli missiya hazırlayır.
xia.az xəbər verir ki, onun bəyanatını BFM TV telekanalı yayımlayıb.
Makronun sözlərinə görə, missiya Avropa və digər ölkələrlə birgə hazırlanmalı və imkan yaranan kimi, Hörmüz boğazının tədricən açılması üçün konteyner gəmilərinin və tankerlərin müşayiət olunmasına imkan verməlidir.
Xatırladaq ki, ABŞ və İsrailin hücumundan sonra İran Hörmüz boğazını tamamilə bağlayıb.