Rusiya Prezidenti İranın yeni liderini təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri seçilməsi münasibətilə Müctəba Xameneini təbrik edib.
xia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda sizin bu vəzifədəki fəaliyyətiniz cəsarət və fədakarlıq tələb edir. Atanızın işini şərəflə davam etdirəcəyinizə və çətinliklər qarşısında İran xalqını birləşdirəcəyinizə əminəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və bundan sonra da olacaq”, – Putin bildirib.
Qeyd edək ki, ötən gün Ekspertlər Şurası M.Xameneini yeni ali rəhbər seçib. M.Xameneinin atası, İranın ali rəhbəri Əli Xamenei 28 fevralda ABş və İsrailin zərbələri ilə öldürülmüşdü.