Trampın Kuba üçün iki ssenarisi: “Zorla və ya dostcasına”
ABŞ Prezidenti Donald Tramp rəsmi Havana razılaşmadan qaçmaqda davam edəcəyi halda Kubanın zor gücünə tabe olunacağı barədə xəbərdarlıq edib. Eyni zamanda, o, prosesin “dostluq çərçivəsində” də baş tuta biləcəyini vurğulayıb.
xia.az-ın RBC-ya istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatların lideri bu fikirləri Floridada təşkil olunan mətbuat konfransı zamanı səsləndirib.
“Bu proses ya dostcasına həyata keçiriləcək, ya da əksinə. Onlar ya bizimlə ortaq məxrəcə gələcəklər, ya da biz bu məsələni özümüz üçün eyni şəkildə sadələşdirəcəyik”, – deyə D.Tramp qeyd edib.
Ağ Ev rəhbəri həmçinin Kubada nə maliyyə, nə də enerji resurslarının qaldığını, ölkənin dərin humanitar böhran içində olduğunu diqqətə çatdırıb.
Martın 7-də Tramp Vaşinqton İrandakı hərbi əməliyyatları başa çatdırdıqdan sonra Kuba üçün ciddi dəyişikliklərin olacağını vəd etmişdi. Bundan bir gün öncə, yəni martın 6-da isə o, Kubanın ABŞ-la ortaq razılaşmaya gəlməyə meylli olduğunu bildirmişdi.
Xatırladaq ki, ABŞ hələ 2025-ci ilin avqustundan etibarən Karib hövzəsindəki hərbi qüvvələrinin sayını artırmağa başlayıb, sentyabrda isə narkotik daşınmasında şübhəli bilinən gəmilərə qarşı əməliyyatlara start verib.
2026-cı ilin yanvarının sonlarında isə D.Tramp Kubadan təhdidlər olduğunu əsas gətirərək milli təhlükəsizliklə bağlı fövqəladə vəziyyət rejimini tətbiq etmişdi.